Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Vergi rəsmisi: “Qanunvericilikdəki son dəyişikliklər bəzi hallarda ictimaiyyətdə yanlış şərh edilib”

İqtisadiyyat

Azərbaycanda vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər bəzi hallarda ictimaiyyətdə yanlış şərh edilib.

Çağdaş.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Bakıda keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, dəyişikliklərin əsas məqsədi vergi yükünün artırılması deyil, onun optimallaşdırılması və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasıdır: “Muzdlu gəlirlər üzrə tətbiq edilən yeni yanaşma daha yumşaq və mərhələli vergi rejiminin formalaşdırılmasına xidmət edir. Eyni zamanda kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb. Bu gəlirlər əvvəllər də vergiyə cəlb olunurdu və tətbiq edilən dərəcə 14 % idi. Yeni dəyişikliklərlə isə bu göstərici 10 %-ə endirilib. Məqsəd kirayə bazarında vergi yükünü azaltmaqla leqallaşmanı təşviq etməkdir”.

N. İmanov vergi nəzarəti ilə bağlı üfüqi monitorinq mexanizminin də mahiyyətini izah edib: “Bu mexanizm yeni yoxlama forması deyil və könüllülük prinsipi əsasında tətbiq edilir. Üfüqi monitorinqə qoşulan vergi ödəyicilərinin riskləri sığortalanır və həmin dövr üzrə səyyar vergi yoxlaması aparılmır. Bu yanaşmalar vergi orqanları ilə biznes subyektləri arasında etimadın gücləndirilməsinə və şəffaflığın artırılmasına xidmət edir”.