Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Azərbaycanda minimum əməkhaqqı bu qədər artırıla bilər

İqtisadiyyat

Bir müddət idi minimum əməkhaqqının artırılması ilə bağlı müzakirə gedirdi. Həmçinin, beynəlxalq reytinq agentliyində Azərbaycanın müvafiq göstəriciləri üzrə reytinqinin yüksəlməsi üçün çox önəmli məqamdır. Bu qərar minimum əməkhaqqının ən azı ildə bir dəfə artırılmasını real imkana çevirir”.

Çağdaş.Az xəbər verir ki ,bunu “Unikal”a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, əvvəlki dönəmlərdə minimum əməkhaqqı iki ildən bir artırılırdı:

“Bu da təbii ki, hər ikinci il insanların alıcılıq qabiliyyətinin mövcud inflyasiya qarşılığında gücsüz qalmasına səbəb olurdu. Düşünürəm ki, minimum əməkhaqqının ildə bir dəfə artırılması ən azı illik inflyasiya artımlarının mənfi fəsadlarının aradan qaldırılmasına öz dəstəyini göstərə bilər”.

Minimum əməkhaqqının nə qədər artırıla biləcəyinə gəlincə, iqtisadçı hesab edir ki, hər il minimum səviyyədə artırılması pensiya məbləğinin indeksasiya səviyyəsindən geri qalmamalıdır: “Bəzi hallarda təbii ki, çox və ya aşağı səviyyədə ola bilər. Amma minimum pensiya məbləğinin indeksasiya göstəricisindən aşağı olmalı deyil. Minimum əməkhaqqının ortalama 10-12 faiz artırılmasını daha real hesab edirəm”.

Qeyd edək ki, Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair əlavə edilib.