Son dəqiqə
Galatasarayın ulduzu üçün yeni iddia: Yuventusun hədəfindədir Husilərdən təxliyə çağırışı: Ədən hava limanı hədəf alındı Yəməndə gərginlik artır: Husilər hava zərbəsi ilə bağlı açıqlama yaydı Ramiz Mehdiyev akademik adından məhrum edildi TDT XİN başçılarının müzakirə edəcəyi MÖVZULAR Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu İrəvanda Sülh Şurasının Nizamnaməsi təsdiqləndi Yaşayış minumumu və ehtiyac meyarı artırılır Xoşqədəm Hidayətqızından Ramiz Mehdiyev haqqında ŞOK İFŞALAR: “Məni öldürmək istəyirdilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” Yanvardan minimum əməkhaqqı artırılacaq

Telefonunuz sizi dinləyir? – SİRR AÇILDI

Texnologiya

“iPhone” istifadəçilərinin ekranın yuxarı hissəsində zaman-zaman rast gəldiyi yaşıl və narıncı nöqtələrin sirri nəhayət tam şəkildə aydınlaşıb.

“Apple” istifadəçilərini uzun müddətdir maraqlandıran, lakin bir çoxunun mənasını bilmədiyi bu rəngli indikatorlar yenidən gündəmə gəlib.

Çağdaş.Az xəbər verir ki, “iPhone” ekranının sağ yuxarı küncündə peyda olan bu kiçik simvollar birbaşa telefonun məxfilik və təhlükəsizlik sistemi ilə bağlıdır. Xüsusilə hər hansı bir tətbiqdən istifadə edərkən qəfil görünən bu nöqtələr sosial mediada böyük müzakirələrə səbəb olub. Bir çox istifadəçi “Telefon məni dinləyir?”, “Kameram gizlicə açılıb?” kimi suallarla narahatlıqlarını ifadə ediblər.

Hətta bəziləri bu nöqtələrin cihazın izlənilməsinin əlaməti olduğunu iddia ediblər. Əslində, “Apple”ın iOS əməliyyat sisteminə daxil etdiyi bu funksiya tamamilə istifadəçilərin təhlükəsizliyini təmin etmək və şəffaflığı artırmaq məqsədi daşıyır. Bu funksiya sayəsində hansı tətbiqin icazəsiz olaraq cihazın resurslarından istifadə etdiyini anlamaq mümkündür: Narıncı nöqtə: Hər hansı bir tətbiqin hazırda cihazın mikrofonunu istifadə etdiyini bildirir. Yaşıl nöqtə: Cihazın kamerasının və ya həm kamera, həm də mikrofonun eyni anda aktiv olduğunu göstərir.

Bu funksiya istifadəçilərə imkan verir ki, əgər fon rejimində işləyən bir tətbiq icazəsiz olaraq səsyazma və ya çəkiliş apararsa, dərhal bundan xəbərdar olsunlar və lazımi tədbirləri görsünlər./Sfera.az/