Son dəqiqə
Reklam
Reklam

“Tayfun” raketi yenidən sınaqdan keçirildi: Rizedən buraxılış həyata keçirildi – VİDEO

Dünya
None

Türkiyənin müdafiə sənayesi şirkəti Roketsan tərəfindən hazırlanan “Tayfun” raketi Rize-Artvin Hava Limanından növbəti dəfə sınaq məqsədilə buraxılıb.

Çağdaş.Az xəbər verir ki, Roketsan və Türkiyə Müdafiə Sənayesi Nazirliyi tərəfindən həyata keçirilən sınaq çərçivəsində raketin uçuş göstəriciləri yoxlanılıb.

Sınaq atışı zamanı Rize–Artvin Airport ərazisində və ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb.

Məlumata görə, həyata keçirilən sınaq uğurla başa çatıb.

“Tayfun” raketi Türkiyənin yerli imkanlarla inkişaf etdirdiyi ballistik raket layihələrindən biri hesab olunur. Layihə ilə bağlı texniki detallara dair məlumatlar isə məhdud saxlanılır.