Son dəqiqə
Azərbaycana gətirilən şokoladlı meyvələrdə uyğunsuzluq aşkarlandı Rusiya Şimal dənizi marşrutu üzrə Çinlə əməkdaşlığı genişləndirməyə hazırdır – PUTİN “Real Madrid” bu oyunçu ilə müqaviləni 2032-ci ilə qədər uzatdı Üçtərəfli görüşdə nələr deyildi… – “Əminəm ki, tarixə düşəcəyik” DİM-in sələfi TQDK-ya kimlər rəhbərlik edib? Türkiyədən Aİ-yə Şengen viza prosedurlarının sadələşdirilməsi çağırışı Bu yerlər Azərbaycan hökumətinə qaytarılır GTA V6 fenomeni səhm qiymətlərini artırdı! Prezident İlham Əliyev: Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır “Borussiya Dortmund” Yunus Akgünü transfer siyahısına daxil edib

“Real Madrid” bu oyunçu ilə müqaviləni 2032-ci ilə qədər uzatdı

İdman

İspaniyanın “Real Madrid” klubu Fransa millisinin yarımmüdafiəçisi Aurelien Çuameni ilə müqavilənin müddətini 2032-ci ilin yayına qədər uzadıb.

Çağdaş.Az xəbər verir ki, La Liqa nəhəngi bununla heyətini uzunmüddətli əsasda formalaşdırmaq siyasətini davam etdirir.

Xatırladaq ki, Madrid təmsilçisi bir gün əvvəl Türkiyə millisinin üzvü Arda Güler ilə də yeni müqavilə imzalayaraq onun sözləşməsini 2032-ci ilə qədər uzatmışdı.

Klubun rəsmi açıqlamasında bildirilib ki, Çuameni ilə əldə olunan yeni razılaşma da 2032-ci ilə qədər qüvvədə olacaq.

2022-ci ilin yayında “Real Madrid”ə transfer olunan 26 yaşlı futbolçu bu müddət ərzində komandanın heyətində 205 rəsmi oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 7 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.