Son dəqiqə
BYD-nin Avropada satış və istehsalı qadağan edildi Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi “Qoca qitə”də qorxunc müharibə kabusu: NATO geri çəkilir, Rusiya isə hücuma keçir Həftənin ilk iş günü hava necə olacaq? Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib Corc Vaşinqtonun saçından bir tutam 4 min dollara satıldı ABŞ-ın məşhur beyin mərkəzi kiberhücuma məruz qaldı – donor məlumatları TƏHLÜKƏDƏ Vens: “İran müharibəsi ilə bağlı mənim vəzifəm prezidentə dəstək olmaqdır” Pezeşkian: “İranda səssiz müharibə gedir, iqtisadi savaş daha çətindir” Məşhur iqtisadçı ABŞ-ı Rusiya ilə bağlı siyasətini dəyişməyə çağırdı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Cəmiyyət

Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, Azərbaycanla ilə İordaniya Haşimilər Krallığı arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşlarının 2026-cı ilin 22 noyabr tarixndən qarşılıqlı viza tələbi ləğv edilib.

Bu barədə Çağdaş.Az-a Azərbaycanın Dövlət Miqrasiya Xidmətindən bildirilib.

Yeni qaydalara əsasən, hər iki ölkənin etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları qarşılıqlı olaraq digər ölkənin ərazisinə vizasız daxil ola, oradan çıxa və tranzit keçə, hər 180 günlük müddət ərzində isə 90 gündən artıq olmamaq şərtilə həmin ölkədə qala bilərlər.

Qeyd edək ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması zəruridir. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə əcnəbilər ölkə ərazisində müvəqqəti olma müddətləri bitənədək bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “miqrasiya xidmətləri” işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətin rəsmi internet səhifəsinin “Elektron xidmətlər” bölməsinə keçid etməklə elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.