Son dəqiqə
Günün rəsmi məzənnələri açıqlandı Süni Ay torpağında kartof yetişdirildi – Astronavtların gələcək qida mənbəyi ola bilər Bakıda aparıcı ad gününü keçirdikdən sonra faciəvi şəkildə öldü (Foto-Video) Sevdiyini heç vaxt unutmayan 5 bürc Nvidia qalmaqalı böyüyür: NYT Alis Huanq barədə yeni iddia irəli sürdü Bakıda yağış yağacaq, dağlara qar düşəcək – Bu günün havası Nuhun gəmisinin izi tapılıb? ABŞ laboratoriyasından ilk nəticələr gəldi Prezidentin sosial media hesablarında paylaşım edildi – VİDEO Bakının bəzi yollarında sıxlıq müşahidə olunur OpenAI-dan AI təhlükəsizliyi ilə bağlı qlobal təşəbbüs

Süni Ay torpağında kartof yetişdirildi – Astronavtların gələcək qida mənbəyi ola bilər

Dünya

NASA-nın dəstəyi ilə həyata keçirilən araşdırma çərçivəsində alimlər üzvi maddələrlə zənginləşdirilmiş süni Ay torpağında yeməli və qidalı kartof yetişdirməyə nail olublar.

Çağdaş.Az xəbər verir ki, tədqiqatın nəticələri gələcəkdə Ayda yaradılacaq bazalarda fəaliyyət göstərəcək astronavtların yerli qida ilə təmin olunması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Araşdırma zamanı alimlər Ay torpağını təqlid edən xüsusi torpaq nümunəsini üzvi maddələrlə zənginləşdirərək kartof yetişdiriblər. Müşahidələr göstərib ki, torpağa kifayət qədər üzvi maddə əlavə edildikdə kartoflar Yer kürəsindəki torpaqda olduğu qədər sağlam və məhsuldar inkişaf edir.

Layihə çərçivəsində erkən yetişən, qırmızı qabıqlı və ağ içlikli “Modoc” sortundan istifadə olunub.

Mütəxəssislər hesab edirlər ki, bu nəticə gələcək kosmik missiyalar üçün böyük əhəmiyyət daşıyır.

Hazırda həm ABŞ, həm də Çin Ay səthində uzunmüddətli bazalar yaratmaq planları üzərində işləyir və qarşıdakı illərdə yenidən astronavt göndərməyi hədəfləyir.

Alimlərin fikrincə, Ay bazalarına lazım olan bütün ərzağın Yer kürəsindən daşınması həm baha, həm də çətin olduğundan, yerində qida istehsalının təşkili uzunmüddətli kosmik missiyaların uğuru üçün vacib şərtlərdən biridir.