Son dəqiqə
Nazirlər Kabineti qərar qəbul etdi: Bu tələb LƏĞV EDİLDİ ABŞ bazarlarında texnologiya səhmləri kəskin ucuzlaşıb Əlilliyə görə ödəniş alanların sayı açıqlandı Rusiya, ABŞ və Ukrayna arasında yeni üçtərəfli danışıqlar keçiriləcək Paşinyan Köçəryan və Serj Sarqsyanı Ermənistanı talamaqda ittiham edib Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçirilir Ermənistanın hazırkı Konstitusiyasında Qarabağla bağlı nə deyilir? “Qarabağ münaqişəsi bizi dövlətçiliyi itirmək həddinə çatdırdı” Ermənistan Konstitusiya layihəsində kilsə ilə bağlı müddəa dəyişdirildi Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi

ABŞ bazarlarında texnologiya səhmləri kəskin ucuzlaşıb

Dünya

Nyu-York birjasında ötən həftənin son ticarət günündə süni intellekt sektoruna dair narahatlıqlar fonunda ciddi satışlar müşahidə olunub.

“Anthropic” şirkətinin səhmləri birjada ilk günündə 83 dollarlıq ilkin qiymətdən 34,3 faiz yuxarı – 111,50 dollar səviyyəsində ticarətə başlasa da, ikinci gündə 8,5 faiz ucuzlaşıb.

Bu geriləmə digər süni intellekt şirkətlərinin səhmlərinə də təsir edib.

Çip istehsalçılarından:
– Nvidia səhmləri təxminən 14 faiz,
– Micron Technology 13,9 faiz,
– AMD isə 13,3 faiz dəyər itirib.

Nvidia-nın mühasibat əməliyyatlarında mümkün problemlərlə bağlı ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) araşdırma apardığı barədə xəbərlər şirkətin səhmlərində satış təzyiqini artırıb.

ABŞ-da istehlakçı inam indeksi isə noyabr ayında yuxarı istiqamətdə yenilənərək 51,5 bənd təşkil edib.

Bütün bu hadisələr fonunda:
– Dow Jones indeksi 1,93 faiz,
– S&P 500 3,7 faiz,
– Nasdaq isə 5,28 faiz geriləyib.

Bununla belə, yeni həftənin əvvəlində ABŞ indeks fyuçersləri müsbət istiqamətdə hərəkət edib.