Son dəqiqə
Prezident İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib – FOTO İlin sonuna dək Ağdamda əhalinin sayı 20 minə çatacaq Yeni səfir İlham Əliyevə etimadnaməsini azərbaycanca təqdim etdi Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək Prezident Avstriyanın Azərbaycandakı yeni səfirini qəbul etdi – FOTOLAR Ağdamın üç kəndində torpaqların əkinə verilməsi üçün işlər aparılır Ağdamdan Kəlbəcərə yeni yol çəkilir – VİDEO İbtidai təhsildə əsaslı dəyişikliklər olmasa, ali təhsildə irəliləyiş olmayacaq Bu şəxslər pulsuz hüquqi yardım alacaqlar Özəl məhkəmə ekspertləri 10 faiz vergi ödəyəcəklər
Reklam
Reklam

Ağdamın üç kəndində torpaqların əkinə verilməsi üçün işlər aparılır

Cəmiyyət

“Ağdamın yenidən qurulması ilə yanaşı, burada kənd təsərrüfatının inkişafı üçün də yeni imkanlar formalaşır”

Cagdas.az –ın Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov rayonda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunan “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsində deyib.

Festivalda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsi Emin Hüseynov, həmçinin fermerlər və şirkət nümayəndələri iştirak edir.

Məcnun Məmmədov bildirib ki, aqrar biznes festivalları fermerlər, sahibkarlar, dövlət qurumları, elmi-tədqiqat institutları və şirkətlər arasında əməkdaşlığın qurulmasına xidmət edən mühüm platformaya çevrilib.

Nazir 100-cü festivalın Ağdamda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Torpaqdan səmərəli istifadə, müasir texnologiyaların tətbiqi, yeni təsərrüfatların yaradılması və aqrar istehsal potensialının artırılması qarşıdakı dövrün əsas istiqamətlərindəndir”.

O qeyd edib ki, Ağdamın Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi istiqamətində işlər aparılır.

Nazirin sözlərinə görə, əsas məqsəd yalnız istehsal həcmini artırmaq deyil, daha məhsuldar, texnoloji və rəqabətqabiliyyətli aqrar sistem formalaşdırmaqdır. Bu baxımdan məhsulun saxlanması, logistikası, çeşidlənməsi, qablaşdırılması və soyuq zəncirin təşkili də mühüm əhəmiyyət daşıyır.

“Əsas hədəfimiz fermerin müasir texnologiyalara, keyfiyyətli toxum və innovativ həllərə çıxışını genişləndirmək, aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaqdır.

Əminəm ki, dövlət, fermer, biznes, elm və texnologiya arasında əməkdaşlığın gücləndirilməsi aqrar sektorun inkişafına mühüm töhfə verəcək. Fermer ənənələri, təsərrüfatçılıq ənənələri Ağdama qayıdır”, – deyə nazir bildirib.\modern.az\