Son dəqiqə
Yeni səfir İlham Əliyevə etimadnaməsini azərbaycanca təqdim etdi Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək Prezident Avstriyanın Azərbaycandakı yeni səfirini qəbul etdi – FOTOLAR Ağdamın üç kəndində torpaqların əkinə verilməsi üçün işlər aparılır Ağdamdan Kəlbəcərə yeni yol çəkilir – VİDEO İbtidai təhsildə əsaslı dəyişikliklər olmasa, ali təhsildə irəliləyiş olmayacaq Bu şəxslər pulsuz hüquqi yardım alacaqlar Özəl məhkəmə ekspertləri 10 faiz vergi ödəyəcəklər Prezident dərman istehsalı müəssisəsinin açılışında – FOTOLAR Pulsuz hüquqi yardımla bağlı ödənişin meyarı müəyyənləşir
Reklam
Reklam

Ağdamdan Kəlbəcərə yeni yol çəkilir – VİDEO

Cəmiyyət

Suqovuşan–Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən başlayaraq Ağdərə və Ağdam istiqamətində uzanan 33,8 km-lik yol I, II və III texniki dərəcəyə uyğun inşa olunur.

Cagdas.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Layihə çərçivəsində 4 körpü və 56 suötürücü boru tikilir. Hazırda ərazidə 76 maşın-mexanizm və 75 nəfərlik işçi heyəti çalışır.

Layihənin icrası ilə Ağdamdan Ağdərə və Kəlbəcər istiqamətində vahid yol bağlantısı formalaşacaq. Yeni yol xətti Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat əlaqələrinin gücləndirilməsinə, Böyük Qayıdış çərçivəsində yeni bağlantıların yaradılmasına xidmət edəcək.