Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) dünya çempionatında final mərhələsinə vəsiqə qazanıb.
Cagdas.az-ın məlumatına görə, 19 yaşlı idmançımız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialın yarımfinalında Sahil Alahverdovu (Gürcüstan) məğlub edib. Hər üç raundu üstün tamamlayan Mamedov 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Final görüşü 13 dekabr tarixində keçiriləcək və Sübhan Mamedov Edmond Xudoyan (Rusiya) ilə üz-üzə gələcək.
Digər Azərbaycan boksçuları Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) isə dünya çempionatında bürünc medal əldə ediblər.


