Son dəqiqə
Corc Vaşinqtonun saçından bir tutam 4 min dollara satıldı ABŞ-ın məşhur beyin mərkəzi kiberhücuma məruz qaldı – donor məlumatları TƏHLÜKƏDƏ Vens: “İran müharibəsi ilə bağlı mənim vəzifəm prezidentə dəstək olmaqdır” Pezeşkian: “İranda səssiz müharibə gedir, iqtisadi savaş daha çətindir” Məşhur iqtisadçı ABŞ-ı Rusiya ilə bağlı siyasətini dəyişməyə çağırdı Ceffri Saks: Putin, Tramp və Si Cinpin BMT islahatlarının əsasını qoydu Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı – Bel ağrısının səbəbi nədir? Artıq hər kəs superhaker ola bilər: Dünya kibertəhlükəsizlik böhranı ilə üz-üzədir Dünya iqtisadiyyatı təhlükə qarşısındadır – KİV Türkiyə böyük oyunun üstünü açdı – ABŞ, İsrail və Yunanıstan izi!

Cəmil Həsənlinin bacısı oğlu saxlanılıb?

Cəmiyyət

Sosial mediada Cəmil Həsənlinin bacısı oğlunun saxlanılması barədə xəbərlər yayılıb.

Referans Media xəbər verir ki, yayılan məlumatlarla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq sosial mediada yayılan iddiaların əsassız olduğu, həqiqəti əks etdirmədiyi bildirilib.

Həmin şəxs bu günlərdə rayon polis şöbəsinə ümumiyyətlə gətirilməyib, polis əməkdaşlarının onunla hər hansı təması olmayıb.

O, cari il iyunun 3-də və iyulun 21-də sərxoş vəziyyətdə ictimai qaydanı pozduğuna görə saxlanılıb, müvafiq qərarlarla bir halda 100 manat, digər halda isə 50 manat məbləğində cərimə olunub.

Həmçinin sonuncu dəfə sentyabrın 11-də sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə qanunvericiliyə uyğun olaraq barəsində 400 manat məbləğində cərimə tətbiq edilib.