Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Enerji böhranı dərinləşir: Bu ölkə Rusiyadan milyonlarla barel neft aldı

Dünya

Filippinlərdə neft emalı şirkəti olan “Petron Corp”, Yaxın Şərqdə gərginliyin artması fonunda pozulan təchizat zəncirini qorumaq məqsədilə Rusiyadan təxminən 2,48 milyon barel xam neft satın alıb.

Çağdaş.Az xəbər verir ki, “Philstar” qəzetinin yaydığı məlumata görə, şirkət bununla bağlı açıqlama verib.

Açıqlamada bildirilir ki, ABŞ və İsrailin İrana hücumları ilə başlayan münaqişə nəticəsində Hörmüz boğazı üzərindən təhlükəsiz daşınmanın mümkün olmaması bir sıra neft tədarüklərinin dayanmasına səbəb olub. Nəticədə, qısa müddətdə – təxminən 8 gün ərzində – 4 milyon barel xam neftə çıxış itirilib.

Şirkət bu şəraitdə Rusiyadan 2,48 milyon barel xam neft aldığını qeyd edib və vurğulayıb ki, bu addım adi tədarük strategiyasının bir hissəsi deyil, “məcburi və təcili tədbir” kimi həyata keçirilib.

Həmçinin bildirilib ki, sözügedən müqavilə hökumətin dəstəyi ilə bağlanıb və ölkənin enerji təhlükəsizliyini təmin etməyə xidmət edir. Alınan neft ehtiyatlarının iyun ayına qədər kifayət edəcəyi qeyd olunur. Əgər Yaxın Şərqdəki böhran davam edərsə və alternativ mənbələr tapılmazsa, Rusiyadan neft idxalının yenidən nəzərdən keçiriləcəyi vurğulanıb.

Filippin Xəbər Agentliyinin (PNA) məlumatına əsasən, Filippin Milli Polisi (PNP) ölkədə yüzlərlə yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdığını açıqlayıb.

Buna səbəb kimi neft məhsullarının çatdırılmasında yaranan çətinliklər və bəzi məntəqələrdə ehtiyatların tükənməsi göstərilir.

Məlumata görə, ehtiyatları yenilənən bəzi məntəqələr fəaliyyətini bərpa edib və bağlanan məntəqələrin sayı 425-dən 365-ə enib.

Bundan əlavə, ölkədə yanacaq yığılması və süni qiymət artımı ilə bağlı halların sayı 7-yə çatıb. Bu halların qarşısını almaq üçün Filippinlərin Enerji Nazirliyi polisə müraciət edib.

Qeyd edək ki, Filippinlərdə Yaxın Şərqdə davam edən münaqişələrin enerji təchizatına yaratdığı “yaxın təhlükə” səbəbilə “milli enerji fövqəladə vəziyyəti” elan olunub.

Ölkədə yanacaq bazarının təxminən 30%-nə nəzarət edən Petron şirkəti yeganə neft emalı zavodunu idarə edir və xam neft ehtiyacının təxminən 98%-ni Yaxın Şərqdən təmin edir.