Son dəqiqə
Kredit almaq istəyən sahibkarlar üçün YENİ İMKAN – Banka getmədən müraciət mümkün olacaq Bayramdan sonra ucuz ət gözləyənlərə PİS XƏBƏR – Bahalaşma davam edəcək Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? – AÇIQLAMA Bakının mərkəzinə maşınla girmək pullu olacaq: Ödəniş necə hesablanacaq? Məktəblərdə dərs saatları DƏYİŞİR Avtobuslar üçün xüsusi svetofor istifadəyə verildi Azərbaycanlı tələbələrin vizaları niyə rədd edilir? – İtaliyadan AÇIQLAMA “Səhər indi açılıb 106-cı sıradayam” – Xəstəxanalarda nə baş verir? – VİDEO Gələn il 1,1 milyon insanın pensiyası artırılacaq – nazir Müvafiq təhsil tələblərinə cavab verən müharibə veteranları ümumi, peşə və orta ixtisas təhsili müəssisələrində çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə təyin oluna biləcəklər. Baş nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”də əksini tapıb. Əsasnaməyə görə, pedaqoji təhsili olmayan çağırışaqədərki hazırlıq rəhbərləri üçün Elm və Təhsil Nazirliyi tərəfindən pedaqogika, psixologiya və təlim strategiyaları üzrə kurslar təşkil ediləcək. Bura hansı hərbiçilərin aid olacağı və mövzuyla bağlı təhsil eksperti Elçin Əfəndi Modern.az-a danışıb. Onun sözlərinə görə tədris prosesində xüsusi xidmətləri ilə seçilən veteranlar iştirak etməlidir. “Ümumtəhsil və orta ixtisas təhsili müəssisələrində tədris olunan “Çağırışaqədərki hazırlıq” fənninin müharibə veteranları tərəfindən tədris edilməsi böyük əhəmiyyət kəsb edir. Təbii ki, bu tədris prosesini dövlət tərəfindən hərbi təltiflərə layiq görülmüş, xüsusi xidmətləri ilə seçilən və müəyyən statusa malik şəxslər həyata keçirə bilərlər. Ətraflı Ad – 00:02 Bu fənni tədris edəcək şəxslərin hərbi sənədləri qaydasında olmalı, peşəkar bacarıqları tam formalaşmalıdır. Təhsil səviyyəsinə gəldikdə isə, burada ali və ya orta ixtisas təhsilli şəxslərə daha çox üstünlük verilməsi məqsədəuyğundur. Eyni zamanda, həmin şəxslər zəruri hərbi-nəzəri biliklərə dərindən yiyələnməlidirlər ki, şagirdlərə və tələbələrə bu sahənin əsaslarını düzgün şəkildə ötürə bilsinlər. Müasir dövrün tələblərinə uyğun olaraq, gənclərdə yalnız ənənəvi hərbi biliklər deyil, həm də müvafiq texniki və texnoloji alətlərlə işləmək vərdişləri formalaşdırılmalıdır. Xüsusilə hərbi təyinatlı xüsusi aparatların, məsələn, dronların idarə olunması və onlardan istifadə bacarıqlarının təhsilalanlara öyrədilməsi bu gün olduqca vacibdir”.

Müvafiq təhsil tələblərinə cavab verən müharibə veteranları ümumi, peşə və orta ixtisas təhsili müəssisələrində çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə təyin oluna biləcəklər. Baş nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”də əksini tapıb. Əsasnaməyə görə, pedaqoji təhsili olmayan çağırışaqədərki hazırlıq rəhbərləri üçün Elm və Təhsil Nazirliyi tərəfindən pedaqogika, psixologiya və təlim strategiyaları üzrə kurslar təşkil ediləcək. Bura hansı hərbiçilərin aid olacağı və mövzuyla bağlı təhsil eksperti Elçin Əfəndi Modern.az-a danışıb. Onun sözlərinə görə tədris prosesində xüsusi xidmətləri ilə seçilən veteranlar iştirak etməlidir. “Ümumtəhsil və orta ixtisas təhsili müəssisələrində tədris olunan “Çağırışaqədərki hazırlıq” fənninin müharibə veteranları tərəfindən tədris edilməsi böyük əhəmiyyət kəsb edir. Təbii ki, bu tədris prosesini dövlət tərəfindən hərbi təltiflərə layiq görülmüş, xüsusi xidmətləri ilə seçilən və müəyyən statusa malik şəxslər həyata keçirə bilərlər. Ətraflı Ad – 00:02 Bu fənni tədris edəcək şəxslərin hərbi sənədləri qaydasında olmalı, peşəkar bacarıqları tam formalaşmalıdır. Təhsil səviyyəsinə gəldikdə isə, burada ali və ya orta ixtisas təhsilli şəxslərə daha çox üstünlük verilməsi məqsədəuyğundur. Eyni zamanda, həmin şəxslər zəruri hərbi-nəzəri biliklərə dərindən yiyələnməlidirlər ki, şagirdlərə və tələbələrə bu sahənin əsaslarını düzgün şəkildə ötürə bilsinlər. Müasir dövrün tələblərinə uyğun olaraq, gənclərdə yalnız ənənəvi hərbi biliklər deyil, həm də müvafiq texniki və texnoloji alətlərlə işləmək vərdişləri formalaşdırılmalıdır. Xüsusilə hərbi təyinatlı xüsusi aparatların, məsələn, dronların idarə olunması və onlardan istifadə bacarıqlarının təhsilalanlara öyrədilməsi bu gün olduqca vacibdir”.

Cəmiyyət

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” elektron ticarət platformasının sahibi olan “PDD Holdings”ə qarşı rəqabət pozuntusu əlamətləri üzrə apardığı araşdırmanı yekunlaşdırıb.

Cagdas.az bildiriri ki bu barədə Modern.az-a Agentlikdən məlumat verilib.

Məlumata görə, araşdırma rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə etmə və rəqabət qanunvericiliyinin – Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əlamətləri əsasında aparılıb.

Araşdırmanın nəticəsi olaraq, rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib. Hazırda iş qaldırılması məsələsinə baxılması davam etdirilir.