Son dəqiqə
Kredit almaq istəyən sahibkarlar üçün YENİ İMKAN – Banka getmədən müraciət mümkün olacaq Bayramdan sonra ucuz ət gözləyənlərə PİS XƏBƏR – Bahalaşma davam edəcək Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? – AÇIQLAMA Bakının mərkəzinə maşınla girmək pullu olacaq: Ödəniş necə hesablanacaq? Məktəblərdə dərs saatları DƏYİŞİR Avtobuslar üçün xüsusi svetofor istifadəyə verildi Azərbaycanlı tələbələrin vizaları niyə rədd edilir? – İtaliyadan AÇIQLAMA “Səhər indi açılıb 106-cı sıradayam” – Xəstəxanalarda nə baş verir? – VİDEO Gələn il 1,1 milyon insanın pensiyası artırılacaq – nazir Müvafiq təhsil tələblərinə cavab verən müharibə veteranları ümumi, peşə və orta ixtisas təhsili müəssisələrində çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə təyin oluna biləcəklər. Baş nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”də əksini tapıb. Əsasnaməyə görə, pedaqoji təhsili olmayan çağırışaqədərki hazırlıq rəhbərləri üçün Elm və Təhsil Nazirliyi tərəfindən pedaqogika, psixologiya və təlim strategiyaları üzrə kurslar təşkil ediləcək. Bura hansı hərbiçilərin aid olacağı və mövzuyla bağlı təhsil eksperti Elçin Əfəndi Modern.az-a danışıb. Onun sözlərinə görə tədris prosesində xüsusi xidmətləri ilə seçilən veteranlar iştirak etməlidir. “Ümumtəhsil və orta ixtisas təhsili müəssisələrində tədris olunan “Çağırışaqədərki hazırlıq” fənninin müharibə veteranları tərəfindən tədris edilməsi böyük əhəmiyyət kəsb edir. Təbii ki, bu tədris prosesini dövlət tərəfindən hərbi təltiflərə layiq görülmüş, xüsusi xidmətləri ilə seçilən və müəyyən statusa malik şəxslər həyata keçirə bilərlər. Ətraflı Ad – 00:02 Bu fənni tədris edəcək şəxslərin hərbi sənədləri qaydasında olmalı, peşəkar bacarıqları tam formalaşmalıdır. Təhsil səviyyəsinə gəldikdə isə, burada ali və ya orta ixtisas təhsilli şəxslərə daha çox üstünlük verilməsi məqsədəuyğundur. Eyni zamanda, həmin şəxslər zəruri hərbi-nəzəri biliklərə dərindən yiyələnməlidirlər ki, şagirdlərə və tələbələrə bu sahənin əsaslarını düzgün şəkildə ötürə bilsinlər. Müasir dövrün tələblərinə uyğun olaraq, gənclərdə yalnız ənənəvi hərbi biliklər deyil, həm də müvafiq texniki və texnoloji alətlərlə işləmək vərdişləri formalaşdırılmalıdır. Xüsusilə hərbi təyinatlı xüsusi aparatların, məsələn, dronların idarə olunması və onlardan istifadə bacarıqlarının təhsilalanlara öyrədilməsi bu gün olduqca vacibdir”.

Gələn il 1,1 milyon insanın pensiyası artırılacaq – nazir

Cəmiyyət

Ölkədə aparılan güclü sosial siyasət vətəndaş rifahının təminatı istiqamətində islahatların ardıcıl xarakter almasına və həyata keçirilən islahatlar sosial ödənişlərdə ciddi artımlara imkan verib. Bu artım dinamikası gələn il də davam edəcək.

Cagdas.az ƏƏSMN-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirlikdə 2026-cı ilin 10 ayının yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.

Vurğulanıb ki, sosial müdafiə sisteminin inkişafı Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət başçısının tapşırığı ilə son 7 ildə illik əlavə 8 milyard manat vəsaitin ayrıldığı 5 böyük sosial islahat paketi icra olunub. Minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu 3,4 dəfə, minimum və orta aylıq pensiya 2,9 dəfə, pensiya təminatı üçün illik vəsait 2,3 dəfə, müavinət və təqaüd ödənişləri üçün illik vəsait isə 5 dəfə artıb.

Prezidentin göstərişi ilə gələn il növbəti, 6-cı sosial paket icra olunacaq və sosial ödənişlərdə artım dinamikası 2027-ci ildə də davam edəcək. O cümlədən 1,1 milyon insanı əhatə edən pensiyaların növbəti ilin əvvəlindən indeksləşdirilərək artırılması təmin olunacaq.

İclasda Nazirliyin tabeliyindəki qurumların bu ilin 10 ayına dair fəaliyyəti barədə məlumatlar verilib. O cümlədən, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən aparılan monitorinq, təhlil, qiymətləndirmə və proqnozlaşdırma işlərindən, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən dövlət sosial xidmətlər sistemində rəqəmsal həllərin genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi istiqamətində atılan addımlardan bəhs olunub.

DOST İnfrastruktur Mərkəzinin yeni sosial obyektlərin tikintisi və infrastruktur layihələrinin icrası, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi, DOST İş Mərkəzinin sosial cəhətdən həssas qrupların məşğulluğunun və əmək bazarına çıxışının dəstəklənməsi, DOST Çağrı Mərkəzi – 142 tərəfindən vətəndaş müraciətlərinin operativ cavablandırılması sahələrində yanvar-oktyabr aylarında aparılan işlər diqqətə çatdırılıb.

Sosial təminat sisteminin təkmilləşdirilməsi işlərinin cari ildə də davam etdirildiyi, himayədar ailə modelinin tətbiqi prosesinin daha da sadələşdirildiyi qeyd edilib. İcbari tibbi sığorta sisteminin tam rəqəmsallaşdırılması, sığortaolunanların vahid elektron reyestrinin yaradılması, tibbi-ekspertiza prosesinin avtomatlaşdırılması və s. istiqamətlərdə həyata keçirilən tədbirlərdən bəhs olunub. Bu il əmək qanunvericiliyində edilən, sosial-əmək hüquqlarının daha etibarlı qorunmasına xidmət edən bir çox dəyişikliklər, habelə bu istiqamətdə hazırlanmış yeni layihələr qeyd edilib.

İclasda cari ilin 10 ayı ərzində qeyd edilən istiqamətlərdə əldə olunan nəticələr təhlil edilib, qarşıda duran vəzifələr müzakirə olunub. Yeni peşə və kvalifikasiya standartlarının təsdiq edilməsi məsələsinə də baxılıb və daha 294 standart təsdiq edilib.\modern.az\