Son dəqiqə
Azərbaycanda fövqəladə vəziyyətə hazırlıq: Əhaliyə 72 saatlıq ehtiyat çağırışı ediləcək? UEFA Çempionlar Liqasında IV turun həyəcanı başlayır: Bu gün 9 oyun keçiriləcək Qanunsuz tikinti ilə gündəmə gəlmişdi – Nazir işdən çıxardı Əli Kərimli və müavininin bu gün məhkəməsi başlayır Android istifadəçilərinə TƏCİLİ XƏBƏRDARLIQ: Telefonunuza gələn bu mesajı açmayın Bu il özəl məktəblərdə təhsil haqları nə qədər artıb? – QİYMƏTLƏR Supermarketlərə kiberhücumlar: Xəbərdarlıq edildi Orduya gözlənilməz əmr verildi: Hazır olun, müharibə zamanı… İrandan rəsmən bəyan etdi: Zərbə endiriləcək! Dekabrda 9 gün iş olmayacaq – TARİXLƏR

Supermarketlərə kiberhücumlar: Xəbərdarlıq edildi

Dünya

Avropanın bir sıra ölkələrində supermarketlərin soyuducu sistemlərinə kiberhücumlar həyata keçirildikdən sonra Böyük Britaniyada pərakəndə satış şəbəkələrinə xəbərdarlıq edilib.

Çağdaş.Az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Məlumata görə, Belçika, İsveç, İrlandiya, Lüksemburq və Estoniyada onlarla supermarket hakerlərin hücumuna məruz qalıb. Bir neçə həftə əvvəl Fransada da yüzlərlə ərzaq mağazasında oxşar hadisələr qeydə alınıb.

Hakerlər soyuducu sistemlərinə məsafədən müdaxilə edərək bəzi hallarda temperaturu 80 dərəcəyədək yüksəldiblər. Bu səbəbdən böyük həcmdə ərzaq məhsulları yararsız hala düşüb.

Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi mümkün hücumların qarşısını almaq məqsədilə pərakəndə satış şəbəkələri ilə əməkdaşlıq etdiyini bildirib.

Hökumət isə fövqəladə vəziyyətlərə hazırlıq çərçivəsində vətəndaşlara ən azı üç günlük ərzaq və digər zəruri ehtiyat toplamağı tövsiyə edir./Globalinfo.az/