Son dəqiqə
Azərbaycanda fövqəladə vəziyyətə hazırlıq: Əhaliyə 72 saatlıq ehtiyat çağırışı ediləcək? UEFA Çempionlar Liqasında IV turun həyəcanı başlayır: Bu gün 9 oyun keçiriləcək Qanunsuz tikinti ilə gündəmə gəlmişdi – Nazir işdən çıxardı Əli Kərimli və müavininin bu gün məhkəməsi başlayır Android istifadəçilərinə TƏCİLİ XƏBƏRDARLIQ: Telefonunuza gələn bu mesajı açmayın Bu il özəl məktəblərdə təhsil haqları nə qədər artıb? – QİYMƏTLƏR Supermarketlərə kiberhücumlar: Xəbərdarlıq edildi Orduya gözlənilməz əmr verildi: Hazır olun, müharibə zamanı… İrandan rəsmən bəyan etdi: Zərbə endiriləcək! Dekabrda 9 gün iş olmayacaq – TARİXLƏR

Orduya gözlənilməz əmr verildi: Hazır olun, müharibə zamanı…

Dünya

ABŞ Müdafiə Nazirliyi mümkün genişmiqyaslı müharibə ssenarisinə qarşı hərbi bazaların müstəqil fəaliyyət göstərməsi üçün hazırlıqlara başlayıb.

Çağdaş.Az xəbər verir ki, bu barədə “CBC News” məlumat yayıb. Qeyd olunub ki, Pentaqonun hazırladığı yeni plan ölkə ərazisindəki əsas hərbi obyektlərin elektrik enerjisi, su, yanacaq və digər həyati ehtiyaclarını xarici dəstək olmadan təmin etməyi nəzərdə tutur.

“QALA” adlandırılan təşəbbüs çərçivəsində ABŞ-ın materik hissəsində yerləşən əsas hərbi bazaların ən azı 90 gün ərzində kənardan yardım almadan fəaliyyət göstərməsi hədəflənir.

Plan potensial müharibə zamanı enerji şəbəkələrinin sıradan çıxması və təchizat zəncirlərinin pozulması ehtimalı nəzərə alınaraq hazırlanıb. Məqsəd böhran şəraitində belə ABŞ ordusunun hərbi əməliyyatları və vacib rabitə sistemlərinin fəaliyyətini davam etdirməsinə şərait yaratmaqdır.

Bu məqsədlə hərbi obyektlərin mülki elektrik şəbəkələrindən asılılığını azaltmaq üçün portativ nüvə reaktorları, genişmiqyaslı batareya sistemləri və müstəqil enerji şəbəkələrinin yaradılması nəzərdən keçirilir.

Hazırlıqlar yalnız hərbi bazalarla məhdudlaşmır. Planın digər istiqamətlərindən biri də mümkün böhran zamanı mülki fabriklərin hərbi istehsala cəlb olunmasıdır.

Pentaqon hesab edir ki, bu tədbirlər uzunmüddətli elektrik və təchizat problemləri yarandığı halda belə ölkənin hərbi potensialının qorunmasına və əməliyyatların fasiləsiz davam etdirilməsinə kömək edə bilər./Globalinfo.az/