Son dəqiqə
BYD-nin Avropada satış və istehsalı qadağan edildi Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi “Qoca qitə”də qorxunc müharibə kabusu: NATO geri çəkilir, Rusiya isə hücuma keçir Həftənin ilk iş günü hava necə olacaq? Prezident İlham Əliyev Jozef Aunu milli bayram münasibətilə təbrik edib Corc Vaşinqtonun saçından bir tutam 4 min dollara satıldı ABŞ-ın məşhur beyin mərkəzi kiberhücuma məruz qaldı – donor məlumatları TƏHLÜKƏDƏ Vens: “İran müharibəsi ilə bağlı mənim vəzifəm prezidentə dəstək olmaqdır” Pezeşkian: “İranda səssiz müharibə gedir, iqtisadi savaş daha çətindir” Məşhur iqtisadçı ABŞ-ı Rusiya ilə bağlı siyasətini dəyişməyə çağırdı

Ramiz Mehdiyev ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ

Cəmiyyət

Dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyev 14 il şərti cəza ilə razılaşmır.

Çağdaş.Az xəbər verir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.

Şikayət ərizəsində Ramiz Mehdiyevin cinayət işinə yenidən baxılması, əməllərinə müvafiq hüquqi qiymət verilməklə daha yüngül qərar çıxarılması xahiş edilib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Hələlik prosesin nə vaxt keçiriləcəyi bilinmir.

Uzun illər Prezident Administrasiyasının rəhbəri kimi mühüm posta rəhbərlik etmiş Ramiz Mehdiyevin cinayət əməlləri ötən il ifşa olunub. DTX onun dövlət çevrilişinə cəhd etməsi ilə bağlı səs yazılarını yayıb.

Ötən ay çıxarılan hökmlə Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə, dövlətə xəyanətdə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında və külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Yaşı və xəstəliyi nəzərə alınaraq ona 14 il şərti cəza verilib. Hökmlə, həmçinin dövlət təltiflərindən məhrum edilməsi üçün təqdimat göndərilməsi, üzərinə həbs qoyulmuş əmlakın müsadirəsi qərara alınıb./Qafqazinfo/