Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Regionda ən ucuz yumurta Azərbaycandadır – QİYMƏTLƏR

İqtisadiyyat

Azərbaycan toyuq yumurtasının qiymətinə görə dünyada 90-cı pillədə qərarlaşıb.

Cagdas.az xəbər verir ki, bu barədə “Numbeo” məlumat bazasının hazırladığı hesabatda bildirilib.

Araşdırma çərçivəsində dünyanın 101 ölkəsində bir düzünə (12 ədəd) yumurtanın qiyməti təhlil edilib. Məlum olub ki, Azərbaycanda bu məhsulun orta qiyməti 1,60 ABŞ dolları ekvivalentindədir.

Qonşu ölkələrdə vəziyyət necədir?

“Numbeo”nun göstəricilərinə əsasən, Azərbaycan regionda ən aşağı qiymətləri təklif edən ölkədir. Digər ölkələrdəki sıralama və qiymətlər aşağıdakı kimidir:

  • Azərbaycan (90-cı yer): $1,60

  • Rusiya (88-ci yer): $1,66

  • Türkiyə (72-ci yer): $2,10

  • Ermənistan (62-ci yer): $2,41

  • Gürcüstan (60-cı yer): $2,46

Dünyada ən bahalı və ən ucuz qiymətlər

Dünya üzrə ən yüksək qiymət İsveçrədə qeydə alınıb — burada bir düzünə yumurta üçün 7,72 dollar ödəmək lazımdır. Ən sərfəli qiymət isə Hindistandadır: 12 ədəd yumurtanın qiyməti cəmi 89 sent təşkil edir.(Ölkə.Az)