• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9615
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Texnologiya

Süni intellekt: Azərbaycanda kimləri işsiz qoyub?

09 Mart, 26 / 14:24
A A

Son vaxtlar aktual olan mövzulardan biri də süni intellektin tətbiqi nəticəsində yaranacaq işsizlik problemidir.

Bugünlərdə İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman Səbinə Əliyeva Milli Məclisdə hesabatının təqdimatı zamanı hökuməti süni intellektin yaradacağı ixtisarlara hazır olmağa çağırıb.

Onun sözlərinə görə, rəqəmsallaşdırma və süni intellekt bütün sahələrdə olduğu kimi, əmək hüququnun həyata keçirilməsi və müdafiəsi mexanizmlərinə də təsir edəcək.

Bu təsiri azaltmaq və texnoloji dəyişikliklərə hazırlıq məqsədilə ölkənin regionları üzrə əmək bazarının öyrənilməsi və işçilərin hüquqlarının qorunmasına yönəlmiş kollektiv tədbirlər planı hazırlanmalıdır.

Qeyd edək ki, süni intellekt işçilərin ixtisarına səbəb olmağa başlayıb, artıq robotlar və ənənəvi süni intellktin tətbiqi səbəbindən dünyada 100 minlərlə şəxs ixtisar edilməkdədir.

Ombudsman bu məsələyə də toxunub və bildirib ki, süni intellektin tətbiqi nəticəsində ixtisar olunacaq və ya adaptasiya çətinliyi yaşayacaq şəxslərə dəstək mexanizmlərinin yaradılması olduqca zəruridir.

Ölkəmizdə də artıq bəzi sahələrdə süni intellektin tətbiqinə başlandığını nəzərə alsaq, vətəndaşların qarşılaşacağı işsizlik problemini necə aradan qaldırmaq olar?

Çağdaş.Az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, süni intellektin tətbiq edilməsi bir sıra iş yerlərinin ixtisarına gətirib çıxaracaq və artıq Azərbaycanda bu ixtisarlar baş verir:

“Əsasən müştərilərə mobil operator xidmətlərini süni intellekt həyata keçirir. Azərbaycanda fəaliyyət göstərən mobel operatorlar xeyli sayda insanı ixtisar edərək onların əvəzinə süni intellekt botlarından vətəndaşlara xidmət göstərirlər.

Eyni zamanda, iri market şəbəkələri pərakəndə ticarət sahəsində vətəndaşlara xidmət göstərən “qaynar xətt”lər, operatorlar ixtisar edilməyə başlanılıb. Artıq bir sıra iri marketlər şəbəkəsinin müştərilərə xidmət göstərən və operatorları olan canlı insanları operatorlar əvəz etməyə başlayıb və xeyli sayda insan artıq ixtisar olunub.

Bundan başqa Azərbaycanda ixtisar olunan, süni intellektin təsirindən iş yerini itirən peşə sahələrindən biri də mühasibatlıqdır. Azərbaycanda artıq mühasibatlıq, vergi uçotunun tərtib edilməsi, vergi bəyannamələrinin tərtib olunması da süni intellekt vasitəsilə həyata keçirilir.

Təəssüf ki, bu sahədə də ixtisarların olduğunun şahidiyik.Yəni əsasən insanları əvəz etməyə başlayan ilkin mərhələ bunlardır. Azərbaycanda da bu sahədə ixtisarlar həyata keçirilir. Hələlik ixtisarlar kütləvi olmasa da, yaxın gələcəkdə bu ixtisarların kütləvi ola biləcəyinin bariz sübutları ortadadır”.

Onun sözlərinə görə, bütün dünyanı narahat edən məsələ işsiz qalan insanların sosial təminatının necə təşkil olunacağıdır:

“Həmin insanların yeni iş yerlərinə inteqrasiya edilməsi, onların işsizlikdən sığorta təminatının formalaşdırılması sahəsində addımlar atılmalıdır.

Azərbaycan hökuməti də təcili olaraq bununla bağlı dövlət proqramı hazırlamalıdır.Kütləvi şəkildə insanların işsiz qalması nəticə etibarilə sosial böhranı dərinləşdirə bilər. Belə olan təqdirdə hökumət işsizlik sığorta təminatı mexanizmini yenidən işləyib hazırlamalıdır və daha böyük sektoru əhatə edən mexanizm düşünülməlidir ki, Avropa ölkələri artıq bununla bağlı tədbirlər planı hazırlayıblar və icra olunmağa başlanıb.

Azərbaycan da bu məsələdə gecikməməlidir. Hökumət operativ olaraq bu istiqamətdə tədbirlər görməlidir. İş yerini itirəcək insanların sosial təminatı ilə bağlı konkret addımlar atmalıdır. Bu gün çox çətin bir mərhələyə qədəm qoyuruq. Yalnız Azərbaycan deyil, bütün dünyada bu ciddi bir problemə çevrilməyə başlayıb.

İqtisadiyyatın kiçilməsi başlayacaq. İqtisadiyyatda insan faktorunun iştirakı minimum səviyyəyə düşəcək. Belə olan təqdirdə sosial narazılıqları ortadan qaldırmaq üçün vacib addımlar atılır. Burada ən mühüm addımlardan biri ali təhsil müəssisələrində yeni və müasir dövrün tələblərinə cavab verən ixtisasların yaradılmasıdır.

Təəssüf ki, Azərbaycan bu sahədə yetərli səviyyəyə gəlib çatmayıb. Hələ də Azərbaycanın ali təhsil ocaqlarında heç bir perspektivi olmayan, əmək bazarında adekvat olmayan ixtisaslar tədris olunur.

Bu ixtisasları ləğv edib, yeni, müasir dövrün süni intellekt, rəqəmsal gələcək dövrünə uyğunlaşmış ixtisaslar yaradılmalıdır. Hazırda bu istiqamətdə də görülən işlər qənaətbəxş deyil”.

Teqlər: AzərbaycanİşSüni intellekt

Bənzər Xəbərlər

Dünya

Tesla-dan inqilabi yenilik: Gələcəyin avtomobili təqdim olunur

İyul 20, 2026
Texnologiya

AI uğrunda rekord sərmayə: Dünyanın ən böyük texnologiya şirkətləri rəqabəti artırır

İyul 12, 2026
Texnologiya

Dünya bu xidmətdən imtina edir: Azərbaycanda isə internet paketinə əlavə olunur

İyul 8, 2026
Texnologiya

DİQQƏT: Bu telefonlar gələn ildən işləməyəcək

 

İyul 7, 2026
İqtisadiyyat

Enerji sektorunda inqilab: Çin süni intellektlə istehsalı dəyişir

İyul 2, 2026
Texnologiya

“WhatsApp”da mesaj yazmaq üsulu dəyişdi

İyul 1, 2026

XƏBƏR LENTİ

Paltaryuyan maşının simvollarının mənası – Kəpənək, spiral, əl

14 Avqust, 26 / 23:45

Holandd Ginnesin 4 rekorduna birdən düşdü

14 Avqust, 26 / 23:26

Bu içki qaraciyəri yormur – Əksinə, QORUYURMUŞ

14 Avqust, 26 / 23:14

Kainatda sirli obyekt aşkarlandı: Ulduzdan 100 milyard dəfə çox enerji yayır

14 Avqust, 26 / 23:00

Osimhenə tarixi təklif – “Qalatasaray” qərarını verdi

14 Avqust, 26 / 22:47

“Tvente” – “Qarabağ” oyununun başlama saatı açıqlandı

14 Avqust, 26 / 22:34

İmplantların dövrü bitir? Təbii diş çıxaran dərman dünyada böyük səs-küy yaratdı

14 Avqust, 26 / 22:20

Arxasında nazir imzası dayanan məşhur MAHNILAR -SİYAHI

14 Avqust, 26 / 22:06

Dünyanın ən güclü üç universitetinə qəbul olunan azərbaycanlılar – ADLAR

14 Avqust, 26 / 21:51

Sənaye məhsulu istehsalı artıb

14 Avqust, 26 / 21:24
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.