Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Əhaliyə şad xəbər: Maaş və pensiya artımı GÖZLƏNİLİR

İqtisadiyyat

Azərbaycanda may və iyun aylarında dövlət büdcəsinə düzəliş və əlavələr etmək adi haldır. Büdcə düzəlişlərini nəzərdə tutan qanun layihəsi, çox güman ki, mayın sonu və ya iyunun əvvəlində parlamentə təqdim olunacaq.

Çağdaş.Az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, müəyyən sosial xərclərin artırılması, eləcə də əmək haqqı və pensiyaların artırılması nəzərdə tutula bilər

“Əvvəlki müzakirələrdə minimum əmək haqqının hər il artırılması təklif olunmuşdu. Bu il isə hələlik artırılmayıb. Buna görə də minimum əmək haqqının və minimum pensiyanın artırılması üçün qanunvericilik təşəbbüsləri mümkündür. Düşünürəm ki, ən azı 10-15% artım gözləyə bilərik”, – deyə o qeyd edib.

Qeyd etmək lazımdır ki, 2026-cı il dövlət büdcəsində neftin qiyməti bir barel üçün 65 dollar nəzərdə tutulub. Azeri Light markalı xam neft hazırda bir barel üçün 100 dollardan çoxdur./Unikal.az/