Son dəqiqə
Galatasarayın ulduzu üçün yeni iddia: Yuventusun hədəfindədir Husilərdən təxliyə çağırışı: Ədən hava limanı hədəf alındı Yəməndə gərginlik artır: Husilər hava zərbəsi ilə bağlı açıqlama yaydı Ramiz Mehdiyev akademik adından məhrum edildi TDT XİN başçılarının müzakirə edəcəyi MÖVZULAR Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu İrəvanda Sülh Şurasının Nizamnaməsi təsdiqləndi Yaşayış minumumu və ehtiyac meyarı artırılır Xoşqədəm Hidayətqızından Ramiz Mehdiyev haqqında ŞOK İFŞALAR: “Məni öldürmək istəyirdilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” Yanvardan minimum əməkhaqqı artırılacaq

Avtomobil nəhəngindən radikal qərar: ən ucuz 2 model istehsaldan çıxarıldı

Texnologiya

Audi model sıralamasında mühüm dəyişiklik edərək giriş seqmentinə aid ən əlçatan avtomobillərindən Audi A1 və Audi Q2 modellərinin istehsalını dayandırıb. Şirkət bu modellərin yerinə tam elektrikli yeni avtomobil təqdim etməyə hazırlaşır.

Çağdaş.Az bildirir ki, 2010-cu ildən etibarən markanın giriş seqmentində yer alan A1 və 2016-cı ildə satışa çıxarılan ən kiçik SUV modeli Q2 artıq yeni nəsillə davam etməyəcək.

Bu addım Audinin daha premium və elektrik yönümlü strategiyaya keçid etdiyini göstərir.

Şirkət A1 və Q2-nin yerini Audi A2 e-tron modeli ilə doldurmağı planlaşdırır. Tam elektrikli olacaq bu avtomobilin 2026-cı ilin payızında təqdim olunacağı gözlənilir.

Yeni modelin Almaniyanın İnqolştadt şəhərində istehsal ediləcəyi bildirilir.

“A2” adı Audi tarixində xüsusi yer tutur. İlk nəsil A2 modeli 1999–2005-ci illərdə istehsal olunmuş və yüngül konstruksiyası ilə seçilmişdi. Yeni A2 e-tron ilə bu model elektrikli dövrdə yenidən bazara qayıdacaq.

Bu qərar Audinin daxili yanma mühərrikli giriş modellərindən uzaqlaşdığını və elektrikli avtomobillərə daha çox üstünlük verdiyini göstərir. Şirkət daha az model ilə daha yüksək gəlirlilik və güclü premium mövqe əldə etməyi hədəfləyir.