Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

TƏBİB: Tibb müəssisələrinin informasiya sistemlərində fasilələr yaranıb

Cəmiyyət

TƏBİB-in tabeliyində olan tibb müəssisələrində istifadə edilən informasiya sistemlərinin fəaliyyətində müvəqqəti fasilələr müşahidə olunur.

Bu barədə  Cagdas.az -a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, fasilələrin səbəbi şəbəkə və kibertəhlükəsizlik həlləri ilə əlaqəlidir.

“İnformasiya sistemlərinin fəaliyyətində fasilə yarandığı müddətdə vətəndaşlara göstərilən tibbi xidmətlərin davamlılığının təmini məqsədilə qeydiyyat prosesi alternativ qaydada həyata keçirilir. Hazırda texniki problemin aradan qaldırılması istiqamətində aidiyyəti istehsalçı şirkətin yerli və beynəlxalq mütəxəssisləri tərəfindən zəruri tədbirlər görülür. Vətəndaşlara göstərilən tibbi xidmətlərin fasiləsizliyinin təmin olunması diqqətdə saxlanılır. Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, – qurumdan vurğulanıb.

Qeyd edək ki, dünəndən sosial şəbəkələrdə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin elektron sistemində yaranmış texniki nasazlıqla əlaqədar uzun növbələr yarandığı iddia edilib.