Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək

Cəmiyyət

Oktyabrın 12-18-də Dənizkənarı Milli Parkda Azərbaycanın özünəməxsus çay mədəniyyətini bütün zənginliyi ilə bir araya gətirən Çay Festivalı keçiriləcək.

Cagdas.az xəbər verir ki, Azərbaycan qonaqpərvərliyinin və süfrəsinin ayrılmaz hissəsi olan çay mövzusu bu dəfə Bakı bulvarında yerli ləzzətləri və çay mədəniyyətinə bağlı ən müxtəlif elementləri bir araya gətirəcək.

Festivalda Azərbaycanın aparıcı çay istehsalçılarının məhsulları, bölgələrimizə xas şirniyyatlar və çay süfrəsini tamamlayan müxtəlif təamlar təqdim olunacaq. Ziyarətçilər həmçinin çay süfrəsinə aid ənənəvi və dekorativ əşyalarla tanış ola biləcəklər. Festivalda özünəməxsus çay mədəniyyəti ilə seçilən ölkələrin nümayəndələri də iştirak edəcək.

Tədbirin məqsədi Azərbaycanın milli çay mədəniyyətini tanıtmaq, yerli istehsalçıların müxtəlif məhsullarını təşviq etmək və çayı yalnız bir içki kimi deyil, insanları birləşdirən mədəni ənənə kimi təqdim etməkdir.\sfera.az\