Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar

İqtisadiyyat

Sertifikatlı toxumdan istifadə etməyən fermerlərə ödənilən əkin subsidiyası mərhələli şəkildə azaldılacaq. 2026-2027-ci əkin mövsümündə belə fermerlərin subsidiyası 50 faiz aşağı salınacaq, 2027-2028-ci əkin mövsümündə isə subsidiya əmsalı sıfır qəbul ediləcək.

Çağdaş.Az xəbər verir ki, bu barədə Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) məlumat verilib.

Bildirilib ki, yerli toxumçuluğun inkişaf etdirilməsi məqsədilə super-elit toxum istehsal edən fermerlərə əkin subsidiyası yüksək əmsalla ödəniləcək.

Belə ki, yerli mənşəli super-elit buğda və arpa toxumlarının istehsalına görə fermerlərə hər hektar üçün 470 manat əkin subsidiyası veriləcək. Xarici mənşəli super-elit buğda və arpa toxumçuluğuna isə hektar başına 300 manat artıq subsidiya ödəniləcək.

Bununla yanaşı, buğda və arpa əkini zamanı sertifikatlı toxumdan istifadə tələbi 5 hektara endirilib.

Qeyd edək ki, yeni qərarların əsas məqsədi sertifikatlı toxum istehsalını və istifadəsini təşviq etmək, yerli toxumçuluğun inkişafına dəstək verməkdir./Referans Media/