Son dəqiqə
İstanbulda aslan həyəcanı: Qaçan aslanın sahibi “Qalatasaray”ın ulduzudur? Futbolçunun görüntüləri yayıldı – VİDEO Qurban Qurbanov baş məşqçi kimi 900-cü oyununa çıxıb Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək Polkovnik-leytenant “Bakı Bus”da sürücü işləyir – VİDEO Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı xəbərdarlıq Prodüser Elmir Məhərrəmovun meyiti tapıldı Prezident hərbçilərə xüsusi rütbələrin verilməsi qaydasını dəyişdi Qızıl bahalaşdı Prezident hərbçilərin leytenant rütbəsində xidmət müddətini azaltdı Elektroenergetika sahəsi ilə bağlı komissiya yaradıldı – QƏRAR

Qurban Qurbanov baş məşqçi kimi 900-cü oyununa çıxıb

İdman

Azərbaycan Premyer Liqasının XII turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

 Cagdas.az Peşəkar Futbol Liqasından  verilən məlumata görə, “Kəpəz”lə görüş təcrübəli mütəxəssisin baş məşqçi karyerasında ümumilikdə 900-cü, “Qarabağ”da isə 850-ci oyun kimi tarixə düşüb.

O, indiki klubundan başqa “Neftçi”də 38, Azərbaycan millisində 12 matçda iş başında olub.

Qurbanovun karyerasındakı 900 görüşdən 598-i Premyer Liqada, 88-i ölkə kubokunda, 202-si avrokuboklarda baş tutub. Millidəki 12 qarşılaşma da nəzərə alınmaqla, onun komandaları 520 qələbə qazanıb, 208 heç-heçə edib və 172 dəfə uduzub.\modern.az\