Almaniya Ukraynaya enerji təminatı üçün 250 milyon avro ayıracaq.
Cagdas.az xəbər verir ki, Almaniya qarşıdakı qış mövsümündə Ukraynanın enerji təminatının yaxşılaşdırılması məqsədilə ölkəyə əlavə 250 milyon avro vəsait ayıracaq.
Məlumata görə, vəsait Almaniyanın dövlətə məxsus KfW bank qrupu vasitəsilə təqdim olunacaq. Maliyyə, o cümlədən enerji infrastrukturunun bərpasına yönəldiləcək.
Qeyd olunur ki, Almaniya hökuməti 2022-ci ildən etibarən Ukraynanın Enerji Dəstəyi Fonduna 560 milyon avro yatırıb. Yeni vəsaitlə birlikdə Almaniyanın bu istiqamətdə ayırdığı ümumi məbləğ 810 milyon avroya çatacaq.\sfera.az\
















