Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Bu gün neft bazarı ilə bağlı mühüm görüş keçiriləcək

İqtisadiyyat

Bu gün OPEC+ Birgə Monitorinq Komitəsinin (JMMC) nazirləri onlayn iclas keçirəcəklər.

Çağdaş.Az xəbər verir ki, iclasın Bakı vaxtı ilə saat 16:00-da başlaması planlaşdırılır.

Monitorinq Komitəsi adətən neft bazarındakı vəziyyəti və iştirakçı ölkələrin razılaşmaya riayət etmə səviyyəsini nəzərdən keçirir və kvotaların tənzimlənməsini və ya sanksiyalar səbəbindən kvotalarla məhdudlaşmayan, lakin razılaşmanın lehinə səs verənlər (İran, Venesuela və Liviya) da daxil olmaqla bütün OPEC+ ölkələrinin tam iclasının çağırılmasını tövsiyə edə bilər.

İclasdan sonra könüllü əlavə hasilat azaldılmasında iştirak edən səkkiz OPEC+ ölkəsinin (Rusiya, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Oman, İraq, BƏƏ, Küveyt və Əlcəzair) onlayn nazirlər görüşü keçiriləcək. Əvvəlki görüşdə nazirlər əvvəllər birinci rüb üçün dayandırılmış hasilart artımını bərpa etmək qərarına gəliblər. Qərarla aprel ayında gündəlik hasilat 206 min barel artırılmalıydı . Bu, iki il əvvəl azaldılan gündəlik 1,65 milyon barellik hasilatın bazara qaytarılması prosesidir. Bu həcmin 0,6 milyon bareli artıq bərpa olunub.

Bu gün hasilatın artırılması barədə qərar qəbul olunsa belə, onun icrası real görünmür. Çünki Yaxın Şərq münaqişəsi kontekstində Səudiyyə Ərəbistanı, İraq, Küveyt və BƏƏ də daxil olmaqla bir sıra OPEC+ ölkələri hasilatı azaltmaq məcburiyyətində qalıblar. Bu ölkələrin nümayəndələri dəqiq həcmləri açıqlamasalar da, analitiklər bu ölkələrdə istehsalın azalmasını gündə 7-10 milyon barel səviyyəsində qiymətləndirirlər.

Hazırda anlaşma üzvlərindən yalnız Qazaxıstan, Əlcəzair və Omanın dünya bazarına daha çox neft çıxarmaq imkanı var. Rusiya ötən ilin ikinci yarısından etibarən hasilatı öz kvotasına qədər artıra bilmir. Üstəlik, Ukrayna hücumları nəticəsində ixrac imkanlarının mühüm hissəsi sıradan çıxarılıb.

OPEK+ anlaşmasına qoşulmayan ölkələrdən isə Braziliya, Meksika, Qayana və ABŞ hasilatı artırmaq imkanındadırlar./Musavat.com/