• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.5° Weather Columbus
$
1.7
€
1.9696
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

SEPAH-dan İrəvanla gizli sövdələşmə

19 Avqust, 26 / 9:56
A A

Ermənistan yenidən silahlanır; cənub qonşumuz İrəvana silah yox, döyüş meydanının “beyni”ni verir…

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ermənistanla hərbi əməkdaşlığı ilə bağlı yeni detallar üzə çıxıb. Söhbət Ermənistanın mayın 28-də keçirdiyi hərbi parad zamanı nümayiş etdirilən “Sepehr-110″ rəqəmsal taktiki rabitə platformasından gedir.

SEPAH-ın mühəndis-konstruktor qrupu tərəfindən hazırlanan platforma ilk dəfə 2019-cu ilin iyulunda təqdim olunub. Sistem strateji, taktiki və döyüş səviyyələrində məlumat mübadiləsini təmin etmək, müxtəlif hərbi bölmələr arasında informasiyanın ötürülməsini sürətləndirmək və komanda-idarəetmə imkanlarını artırmaq üçün nəzərdə tutulub.
Platformanın səs, rəqəmsal məlumat, telemetriya və görüntüləri real vaxt rejimində ötürə bildiyi bildirilir. Bununla belə, texniki təhlillərdə sistemin imkanları ilə bağlı müəyyən məhdudiyyətlər də qeyd olunur. Sanksiyalar səbəbindən rəqəmsal komponentlərin Çin mənşəli mülki komponentlərə və ya paralel idxal kanallarına əsaslana biləcəyi ehtimal edilir. Bu isə sistemin etibarlılığı ilə bağlı suallar yaradır.

“Sepehr-110″ klassik mənada zərbə silahı deyil. Onun əsas funksiyası məlumatların toplanması, emalı, bölmələr arasında ötürülməsi və komanda-idarəetmənin təmin edilməsidir. Başqa sözlə, bu, mobil komanda-idarəetmə və informasiya mübadiləsi platformasıdır. Onun effektivliyi hansı rabitə və informasiya infrastrukturu ilə birləşdirilməsindən asılıdır.

Beləliklə, “Sepehr-110″ özü-özlüyündə hədəfi məhv edən silah deyil. Lakin onun Ermənistanda nümayiş etdirilməsi İranla hərbi-texniki əməkdaşlıq barədə suallar yaradır. Məsələ Ermənistanın komanda-idarəetmə və məlumat mübadiləsi imkanlarının modernləşdirilməsi baxımından diqqət çəkir.
Bu silahlanma nəyin hazırlığıdır və Azərbaycan üçün təhlükə yaradırmı?

Çağdaş.Az-ın xəbərinə görə, Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”a bildirib ki, Ermənistanın yenidən silahlanması regionda gərginliyin artmasına səbəb ola biləcək amillərdən biridir:

Rusiyadan deportasiya edilən deputat Azər Badamov kimdir? » Azxeber.com  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

“Ermənistanın müxtəlif ölkələrdən yeni silah və hərbi texnologiyalar əldə etməsi, bununla yanaşı, İranla hərbi-texniki əməkdaşlığını genişləndirməsi ciddi suallar doğurur. Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra regionda müharibə səhifəsinin bağlanmasını və münasibətlərin yeni mərhələyə keçməsini təklif edib. Bu gün də Azərbaycan sülh gündəliyinin irəlilədilməsi və regionda davamlı sülhün təmin olunması istiqamətində təşəbbüslər irəli sürür. Lakin Ermənistanın son dövrlərdə həyata keçirdiyi silahlanma siyasəti müəyyən narahatlıqlar yaradır.

Ermənistanın iqtisadi və demoqrafik imkanlarının məhdud olmasına baxmayaraq, hərbi potensialının artırılmasına ciddi vəsait ayırması diqqətdən kənarda qala bilməz. Bu, müdafiə qabiliyyətinin gücləndirilməsi kimi təqdim oluna bilər. Ancaq silahlanmanın miqyası və müxtəlif dövlətlərlə hərbi əməkdaşlıqlar Ermənistanın gələcək məqsədləri barədə suallar yaradır.

Bu baxımdan İranın Ermənistanla hərbi əməkdaşlığı da xüsusi diqqət tələb edir. İranın, xüsusilə SEPAH-ın Ermənistanın hərbi imkanlarının artırılmasına verdiyi dəstək region üçün yeni məsələ deyil. Tehran əvvəllər də Ermənistanın silahlandırılması və keçmiş separatçı rejimin təminatı ilə bağlı müxtəlif formada dəstək göstərməkdə ittiham olunub.
Azərbaycan İranla münasibətlərin qorunub saxlanılmasının və inkişaf etdirilməsinin tərəfdarı olmaqla yanaşı, milli təhlükəsizliyinə və regional maraqlarına təsir edə biləcək prosesləri də izləyir. Bakı münasibətlərin gərginləşməməsi üçün təmkinli yanaşsa da, bu, həmin proseslərin diqqətdən kənarda qalması demək deyil.

SEPAH tərəfindən Ermənistana “Sepehr-110″ rəqəmsal taktiki rabitə platformasının verilməsi ilə bağlı məlumatlara da bu kontekstdə baxmaq lazımdır. Əsas məsələ yalnız konkret bir rabitə sisteminin təqdim edilməsi deyil. Söhbət Ermənistanın hərbi infrastrukturunun, komanda-idarəetmə və məlumat mübadiləsi imkanlarının modernləşdirilməsindən gedir.

Ermənistanın yeni silah sistemləri və hərbi texnologiyalar əldə etməsi, müxtəlif dövlətlərlə hərbi əməkdaşlığı genişləndirməsi Azərbaycan tərəfindən nəzərə alınmalıdır. Sülh prosesinin davam etdiyi vaxtda tərəflərdən birinin hərbi imkanlarını artırması regionda etimad mühitinə mənfi təsir göstərə bilər.

Azərbaycan sülhün, sabitliyin və regional əməkdaşlığın tərəfdarıdır. Lakin sülh yalnız siyasi bəyanatlarla deyil, qarşılıqlı etimad və konkret addımlarla möhkəmləndirilə bilər. Ermənistanın silahlanması və bu prosesdə İran kimi regional aktorların iştirakı diqqətlə izlənilməlidir”.

ƏHP-nin baş katibi, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, SEPAH-ın Ermənistanla hərbi əməkdaşlığı Azərbaycan ictimaiyyəti üçün təəccüblü deyil: “35 ildir ki, Ermənistana dəstək verən İranın siyasəti Azərbaycan üçün məlumdur. İranın müxtəlif dövrlərdə Ermənistana silah-sursat, enerji, ərzaq və tikinti materialları ilə bağlı dəstək göstərdiyi barədə iddialar səslənib. Qarabağın işğalı dövründə də İranın Ermənistanla əlaqələri Azərbaycan tərəfindən ciddi narazılıqla qarşılanıb”.

Politoloq deyib ki, Ermənistanın 28 may paradında İran istehsalı olduğu bildirilən hərbi sistemlərin nümayiş etdirilməsi də diqqət çəkdi: “44 günlük Vətən müharibəsindən sonra İranın Ermənistana raketlər verdiyi ilə bağlı müxtəlif açıqlamalar səsləndirilib. Əgər belə silahlar həqiqətən Ermənistana təqdim olunubsa, onların gələcəkdə Azərbaycana qarşı istifadə edilməsi ehtimalı təhlükəsizlik baxımından nəzərə alınmalıdır. Ermənistanın silahlanmasının Azərbaycan üçün risk yaratması təbiidir. Ancaq Azərbaycan da öz müdafiə qabiliyyətini gücləndirir. Prezident İlham Əliyev ordunun müasir silahlarla təchizatının və ordu quruculuğunun prioritet olduğunu bildirib. Azərbaycan Türkiyə ilə əməkdaşlıq çərçivəsində peşəkar ordu quruculuğunu davam etdirir. Ermənistan rəhbərliyi nəzərə almalıdır ki, regionda hərbi balans dəyişdikcə Azərbaycan da öz təhlükəsizlik imkanlarını artırır. Ermənistanın İran və digər dövlətlərlə hərbi əməkdaşlığı isə regionda sülh və sabitlik üçün əlavə risklər yarada bilər”.

Müsahibimiz sonda dedi ki, nəticə etibarilə, “Sepehr-110″ məsələsinə yalnız bir rabitə platforması kimi yanaşmaq düzgün olmazdı: “Bu fakt Ermənistanın hərbi potensialının modernləşdirilməsi və yeni hərbi-texniki əlaqələr baxımından qiymətləndirilməlidir. Azərbaycan üçün əsas hədəf yeni müharibənin qarşısını almaq və sülhü möhkəmləndirməkdir. Bununla yanaşı, ölkə təhlükəsizlik risklərini izləməli və milli maraqlarını qorumaq üçün adekvat tədbirlər görməlidir”.

Cavanşir ABBASLI

Bənzər Xəbərlər

Dünya

Bu avtomobil markası 955 min avtomobili geri çağırdı

Avqust 19, 2026
Dünya

Ferrarinin ilk tam elektrikli modeli rekord qiymətə satıldı

Avqust 19, 2026
Dünya

İsrail müdafiə naziri: "Qəzzaya hücumları davam etdirəcəyik"

Avqust 19, 2026
Dünya

Fransada seçki bombası: Üç məşhur siyasətçiyə qarşı Rusiya əməliyyatı

Avqust 19, 2026
Dünya

Rusiya Zaporojyeyə BOMBA YAĞDIRDI: Ölən və yaralananlar var - VİDEO

 

Avqust 19, 2026
Dünya

Rusiyanın ixrac məhdudiyyətlərinin Ermənistana təsiri 2026-cı ilin ikinci yarısında hiss olunacaq – Anna Fedyunina

Avqust 18, 2026

XƏBƏR LENTİ

Azərbaycanda toy zamanı bəyə qarşı bu hərəkət aranı qatdı: erməni izi? – VİDEO

19 Avqust, 26 / 11:26

Bu avtomobil markası 955 min avtomobili geri çağırdı

19 Avqust, 26 / 11:12

Ferrarinin ilk tam elektrikli modeli rekord qiymətə satıldı

19 Avqust, 26 / 10:57

İsrail müdafiə naziri: "Qəzzaya hücumları davam etdirəcəyik"

19 Avqust, 26 / 10:42

Fransada seçki bombası: Üç məşhur siyasətçiyə qarşı Rusiya əməliyyatı

19 Avqust, 26 / 10:28

Yutubda baxış qaydası dəyişir

19 Avqust, 26 / 10:14

Azərbaycanda yayılan ölümcül təhlükənin səbəbi açıqlandı – Vacib xəbərdarlıq

19 Avqust, 26 / 10:00

SEPAH-dan İrəvanla gizli sövdələşmə

19 Avqust, 26 / 9:56

Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA

19 Avqust, 26 / 9:42

Rusiya Zaporojyeyə BOMBA YAĞDIRDI: Ölən və yaralananlar var - VİDEO

 

19 Avqust, 26 / 9:28
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.